TV əlçatanlığı
Görüntü
Səsli bələdçi
Səsli bələdçi ekrandakı titrləri ucadan oxuyur, səsin artırılması/azaldılması, kanalın seçilməsi və proqram barədə məlumatların səsləndirilməsi tələb olunan səsli komandalara reaksiya verir. Bundan əlavə, o proqramlar üzrə elektron bələdçidən mətni (EPG) səsləndirə bilər. Səsli bələdçi hər TV menyusu üçün əlçatandır, siz səsinizlə onun tonu və tembrini seçə bilərsiniz.
Audio təsvir
Audio Description (AD) - bir çox UK televiziya proqramlarının təklif etdiyi xidmətdir. Onun mahiyyəti izləyicilərə ekrandakıların əlavə səsli trek vasitəsilə təsvir olunmasından ibarətdir.
Yüksək kontrast
“Yüksək kontrast” rejimi (High Contrast) bütün menyunu ağ və ya sarı rəngli mətnlə qara fonda əks etdirməyə imkan verir. Bu mətnin maksimal kontrastı və görüntüsünü təmin edir. Bu isə görmə qabiliyyəti pozulan izləyicilər üçün olduqca faydalıdır.
Böyüt
“Böyüt” opsiyası ekranda obyektlərin böyüdülmüş təsvirini görməyə imkan verir.
Məsafədən idarəetmə pultunu öyrən
“Learn Remote Control” (idarəetmə pultunu tanıyın) - yeni funksiyadır. Bu funksiya sayəsində televizorunuz izləmədən maksimum zövq almağınız üçün təlim rejiminə keçir. Bu rejimdə televizor sizə idarəetmə pultunda basdığınız istənilən düymənin funksiyalarını izah edir. Bu funksiya sayəsində görmə qabiliyyəti pozulan və ya görmə qabiliyyətini itirən insanlar televizorun işini pozmadan pultu və onun hər düyməsinin funksiyalarını istifadə etməyi qısa müddətdə öyrənə bilər.
“Learn Menu” ekranı
TV ekranında menyunun quruluşunu öyrənin. Bu funksiyanı bir dəfə aktiv etməklə, televizorunuz sizə idarəetmə pultu ilə seçdiyiniz quruluş və funksiyalar barədə məlumat verəcək.
Qara-ağ təsvir
Təsvir obyektlərinin kontur bulanıqlığının azaldılması və onların daha dəqiq görünməsi üçün TV ekranının rəngli təsvirini qara-ağ təsvirlə əvəz edə bilərsiniz.
Rəng inversiyası
Mətnin daha yaxşı görünməsi üçün TV ekranında əks etdirilən mətnin və fonun rəngini inversiya edə bilərsiniz.
Rəngləri gör
“SeeColors” proqramı rəng qavrama qabiliyyəti pozulan insanlara Samsung QLED televizorlarının ekranında tam rəng spektrini görməyə imkan verir.
Eşitmə
Multi-output Audio
“Multi-output Audio” rejimi televizora qoşulan Bluetooth qulaqlıqları vasitəsilə TV səsinin yayımlanmasının qurulması zamanı geniş seçim təmin edir. Səsin sərbəst gurluq tənzimlənməsi ilə bir neçə audio cihazda yayımlanacağı rejimi seçə bilərsiniz. Hər hansı ailə üzvünüzün eşitmə qabiliyyəti pozulubsa və səsi öz qulaqlıqları ilə dinləməyi tələb olunursa. “Multi-output Audio” rejimi TV dinamiklərdən qulaqlıqlara yayım imkanını təqdim edir.
Subtitrlər
Subtitrlər Böyük Britaniyada bütün TV proqramlarını müşayiət edir. TV ekranında aktyor və ya aparıcıların dialoq mətni görünür.
Televeriliş formatı regiondan asılı olaraq dəyişə bilər.Müxtəlif televeriliş şirkətləri tərəfindən subtitr xidmətlərinin təmin olunması onların siyasətindən asılı olaraq dəyişə bilər.
Televeriliş formatı regiondan asılı olaraq dəyişə bilər.Müxtəlif televeriliş şirkətləri tərəfindən subtitr xidmətlərinin təmin olunması onların siyasətindən asılı olaraq dəyişə bilər.
“Jest dili” pəncərəsinin miqyasının dəyişdirilməsi
"Sign Language Zoom" funksiyası (“Jest dili” pəncərəsinin miqyasının dəyişdirilməsi) eşitmə qabiliyyəti pozulan izləyicilər üçün aparıcının qonaqlarla dialoqunu jest dilinə çevirən diktoru avtomatik olaraq tanıyır və onun nümayiş zonasını böyüdür. “Jest dili” ilə zonanı seçə və onun ölçülərini öz mülahizənizə görə dəyişə bilərsiniz. Görmə qabiliyyəti pozulan izləyicilər də ekranın bu hissəsinin miqyasının dəyişdirilməsi (böyüdülməsi/kiçildilməsi) üçün bu funksiyadan istifadə edə bilər.
Məhdud fiziki imkanlar
İdarəetmə pultunun düyməsinin basılma tezliyinin sazlanması
Fasiləsiz əməliyyat aparmaq və onun həyata keçirilmə sürətini azaltmaq üçün idarəetmə pultunda bir düyməni basıb saxlayın. Bu, kanal çevirmə sürətinin/səs ucalığının və ya üfüqi yaxud şaquli siyahıda menyu opsiyalarının hərəkət sürətinin azaldılması üçün faydalıdır.
Ümumi xüsusiyyətlər
Əlçatanlıq komandaları
Sadəcə bir dəfə basmaqla əlçatanlıq opsiyaları ilə ekran menyusuna daxil ola bilərsiniz. Bu menyu bütün mümkün opsiyaları nəzərdən keçirməyə və televizorun idarə olunması rejiminin əlçatanlıq funksiyalarını qurmağa imkan verir. Smart idarəetmə pultu və ya “Sistem parametrləri” bölməsində olan Əlçatanlıq menyusundan (Accessibility Menu) TV əlçatanlıq funksiyalarının bir çoxunu aktiv edə bilərsiniz.